PosBaku WhatsApp
YENİ PosBaku Restoran hazırdır →

Kassa, anbar və tərəzi bir proqramda

PosBaku mağazanızın gündəlik işini sadələşdirir: barkodla sürətli satış, sənədlə idarə olunan anbar, tərəzi və etiket çapı, işçilərə nəzarət.

3 gün pulsuz sınaq — bütün imkanlar açıq. İnternetsiz işləyir. Nə yenidir →

Proqram belə görünür

Yeni dizayn: tünd, gözü yormayan interfeys. Kassir yalnız kassanı görür, sahib isə hər şeyi.

POS kassa ekranı: səbət solda, tez seçim, Nağd / Kart / Nisyə, böyük SATIŞ düyməsi
Kassa — səbət solda, bir neçə satış eyni vaxtda, Nağd / Kart / Nisyə və böyük SATIŞ düyməsi
İdarəetmə paneli
İdarəetmə paneli — satış, mənfəət, qrafik, kompüterlər
Mal qəbulu
Mal qəbulu — marja, natsenka %, firma endirimi
Parametrlər
Parametrlər — kodlar və icazələr

Mağazada lazım olan hər şey

Proqram Windows kompüterdə işləyir, internet tələb etmir. Kassir üçün sadə, sahib üçün tam nəzarətli.

Kassa

  • Barkodla sürətli satış, tez seçim düymələri
  • Bir neçə satış eyni vaxtda, gözlətmə
  • Nağd, kart, qarışıq ödəniş
  • Nisyə satış — borc limiti, borc ödənişi
  • Endirim, aksiya, alıcı bonusu
  • Çek printeri, pul qutusu, A4 çap

Anbar

  • Mal qəbulu, firmalara borc və ödəniş
  • Natsenka % və firma endirimi bir kliklə
  • Firmaya qaytarma, silinmə aktı, inventarizasiya
  • Stok yalnız sənədlə dəyişir, səhv sənəd düzəldilir
  • Azalan mallardan sifariş siyahısı

Tərəzi və etiket

  • Rongta, DIGI, CAS tərəziləri
  • Tərəziyə birbaşa yükləmə (Rongta, DIGI SM-100)
  • Tərəzi etiketi kassada oxunur
  • Barkod etiketi və 58×40 cennik

Nəzarət

  • Rollar: Admin, Operator, Kassir
  • Admin kodu / kartı: silmə, nisyə, qaytarma
  • Hərəkət jurnalı, növbələr, X və Z
  • Seyf: Z-dən sonra pul hərəkəti
  • Şifrələnmiş baza, avtomatik nüsxə

Hesabat

  • İdarəetmə paneli: bu gün, 7 və 30 gün
  • Gəlir, mənfəət, nəğd və kart
  • Mallar, kateqoriyalar, kassirlər
  • Firmalarla üzləşmə aktı
  • Sair xərclər, Excel ixracı

Bir neçə kassa

  • Admin, kassalar və ofis eyni bazada
  • Hər kassanın satışı ayrıca görünür
  • Oflayn rejim: şəbəkə kəsilsə də kassa satır
  • Yeni mal və qiymət kassaya özü çatır

Avadanlıq və quraşdırma

Proqramla birlikdə işləyən avadanlığı biz təklif edirik, quraşdırıb qoşuruq. Mağazanıza uyğun dəsti birlikdə seçək.

Kompüterlər

POS monoblok və sensor ekranlı kassa kompüterləri

Barkod tərəzilər

Etiket çap edən tərəzilər, PosBaku ilə birbaşa işləyir

Barkod printerlər

Mal etiketləri və cenniklər üçün

Barkod oxuyucular

Əl və stolüstü skanerlər

Çek printerlər

58 mm və 80 mm termal printerlər

Pul qutuları

Çek printerinə qoşulur, nəğd satışda özü açılır

Kiçik market dəsti

POS kompüter, skaner, çek printeri, pul qutusu və PosBaku quraşdırılmış halda.

Məsləhət al

Tərəzili dəst

Kiçik market dəsti və etiketli tərəzi. Mallar tərəziyə proqramdan yüklənir.

Məsləhət al
Yeni · İşlənmiş avadanlıq bazarı

Köhnə avadanlığınız pula çevrilsin

Dükanı bağlayırsınız, avadanlığı yeniləyirsiniz və ya artıq tərəzi, printer qalıb? Elan verin — alıcı birbaşa sizə zəng edir. Yeni açılan mağaza isə ucuz avadanlıq tapır.

  • 🆓Pulsuz və müddətsiz — satılana qədər saytda qalır
  • 📞Alıcı birbaşa sizə yazır — vasitəçi və komissiya yoxdur
  • 📸2 dəqiqəyə — şəkil, qiymət, telefon, hazırdır
  • 🛠Alana quraşdırma — drayver və PosBaku proqramını biz qururuq

PosBaku ailəsi böyüyür

Yeni proqram, telefondan nəzarət və işlənmiş avadanlıq bazarı — hamısı hazırdır.

Yeni · hazırdır

PosBaku Restoran

Restoran, kafe və fast-food üçün: zallar və stollar, ofisiant PIN kodu, mətbəx və bar çeki, hesabı bölmək, kalkulyasiya və food cost. Standart 700 AZN daimi.

Ətraflı →
Pro · hazırdır

Telefondan nəzarət

Satış, mənfəət, kassirlər və ən çox satılan mallar — posbaku.az/kabinet-də, telefondan. Hər gün e-poçtla hesabat.

Kabinetə gir →
Yeni

İşlənmiş avadanlıq

Köhnə tərəzi, skaner, printer və ya POS kompüterinizi satın, ya da ucuz alın. Elan vermək pulsuzdur.

Elanlara bax →
Bütün yeniliklər

Tariflər

3 gün pulsuz sınayın — bütün imkanlar açıqdır. Sonra sizə uyğun lisenziyanı seçin.

Sınaq

Pulsuz / 3 gün

Quraşdırın və sınayın — qeydiyyat yoxdur

  • Bütün Pro imkanları açıq
  • Öz mallarınızla real işləyin
  • Sınaqdan sonra məlumatlar qalır
  • Lisenziya açarı daxil edən kimi davam
Sınamağa başla

Standart

100 AZN / il

və ya 500 AZN — daimi, birdəfəlik

Bir kassalı mağaza üçün hər şey

  • Kassa, anbar, növbələr, hesabatlar
  • Limitsiz mal, 3 istifadəçi
  • Tərəziyə birbaşa yükləmə
  • Aksiya, alıcı bonusu, inventarizasiya
  • Nisyə satış, seyf, Admin kodları
  • Hərəkət jurnalı, 58 / 80 mm çek, Excel-ə ixrac
Lisenziya al
Tövsiyə edirik

Pro

20 AZN / ay

Standart-da olan hər şey, üstəgəl:

  • 6 istifadəçi, server + 5 kompüter
  • Telefondan nəzarət — müştəri kabineti
  • Hər gün saytda şifrəli nüsxə
  • 5 mağazaya qədər: mallar arası yerdəyişmə
  • 1C-dən keçid: Excel-dən mal və firma borcları
  • Satıcı (kassir) bonusu, WhatsApp çek
  • Çekdə reklam yazısı olmur
Pro-ya keç

Yüklə və quraşdır

Proqram 3 günlük sınaqla quraşdırılır — bütün imkanlar açıqdır. Qeydiyyat tələb olunmur.

Yükləmə linkini WhatsApp-dan al

Versiya 2.27 · Windows 10 və ya 11, 64-bit. Yükləmə linkini və quraşdırma şifrəsini WhatsApp-da göndəririk.

  1. Faylı açınWindows xəbərdarlıq etsə, "Ətraflı" və "Yenə də işə sal" seçin.
  2. QuraşdırınProqram C:\PosBaku qovluğuna yazılır, masaüstündə ikon yaranır.
  3. Daxil olunİlk giriş: admin1 / 123. Proqram yeni şifrə təyin etməyi istəyəcək.
  4. Printeri qoşunParametrlərdə çek və etiket printerini seçin, test çapı edin.

Drayverlər və proqramlar

Avadanlığı qoşmaq üçün lazım olan hər şey bir yerdə. Çətinlik olsa, AnyDesk ilə uzaqdan kömək edirik.

Avadanlıq drayverləri

Xprinter XP-350BBarkod / etiket printeri Yüklə · 39 MB
Xprinter çek printeri58 / 80 mm çek printerləri Yüklə · 172 MB
Skaner — ATOLBarkod skanerinin proqramı və drayveri Yüklə · 17 MB
Rongta tərəziEtiketli tərəzi proqramı / drayveri Yüklə · 4.5 MB
CAS tərəziEtiketli tərəzi proqramı / drayveri Yüklə · 14 MB
DIGI tərəziEtiketli tərəzi proqramı / drayveri Yüklə · 0.4 MB
Aclas tərəziDrayveri WhatsApp-da göndəririk WhatsApp-a yaz

Faydalı proqramlar — rəsmi saytlardan

AnyDeskUzaqdan kömək üçün — bizə kodunuzu deyirsiniz, kompüterinizə qoşuluruq Rəsmi saytdan yüklə ↗
WinRAR.zip / .rar arxivlərini açmaq üçün Rəsmi saytdan yüklə ↗
Microsoft OfficeWord, Excel — ödənişli, Microsoft hesabı ilə Rəsmi sayt ↗
LibreOfficePulsuz alternativ — Excel faylları (idxal / ixrac) açılır Rəsmi saytdan yüklə ↗

Tez-tez verilən suallar

Cavabı tapmadınız? WhatsApp-a yazın.

Çek kağıza düz çıxmır

Parametrlər → Çek və printer bölməsində çek şablonunu printerinizə uyğun seçin (58 və ya 80 mm), çap üsulunu "Birbaşa" edin və Test düyməsini basın.

Tərəzinin etiketi kassada oxunmur

Tərəzinin barkod formatı 22 + PLU (5 rəqəm) + çəki qramla olmalıdır. Malların tərəziyə PosBaku-dan yükləndiyini yoxlayın: Mal Qəbulu → Tərəziyə yüklə.

Lisenziyanı necə alım?

Proqramda Tarif və Lisenziya bölməsindən kompüter kodunu bizə göndərin. Ödənişdən sonra lisenziya açarını alıb həmin bölməyə yapışdırırsınız.

3 günlük sınaq bitəndə məlumatlarım itəcək?

Xeyr. Proqram yalnız lisenziya açarı istəyir — mallar, satışlar və parametrlər yerində qalır. Açarı daxil edən kimi işə davam edirsiniz.

Kompüter xarab olsa məlumatlar itərmi?

Proqram hər gün avtomatik ehtiyat nüsxə çıxarır. Parametrlər → Ehtiyat nüsxə bölməsində fləşka və ya ikinci disk seçsəniz, nüsxə ora da köçürülür. Pro tarifdə nüsxə hər gün şifrəli şəkildə saytımıza da yüklənir — virus və ya disk xarab olsa da məlumat qalır.

İki kompüterdə işləmək olarmı?

Bəli. Admin kompüteri server olur, kassalar və ofis kompüterləri ona yerli şəbəkə ilə qoşulur (Parametrlər → Şəbəkə). Şəbəkə kəsilsə də kassa satışa davam edir, əlaqə qayıdanda satışlar özü göndərilir.

Yeni versiyanı quraşdıranda bazam silinməz?

Xeyr. Quraşdırıcı bazaya toxunmur və quraşdırmadan əvvəl onun nüsxəsini ayrıca saxlayır.

Bizimlə əlaqə

070 554 33 13

Proqram, avadanlıq, quraşdırma və texniki dəstək üçün zəng edin və ya yazın.

WhatsApp-a yaz