Mağaza üçün kassa proqramı
Satış, anbar, müştəri bonusu və qaytarma bir proqramda. Kassir yalnız satır, siz isə hər şeyi görürsünüz — hansı mal satılır, hansı yatır, nə qədər qazanırsınız.
Windows 10 / 11 · internetsiz işləyir · quraşdırma və avadanlıq bizdən

Mağaza üçün nə var
Kiçik butikdən bir neçə filiallı mağazaya qədər.
Kassa
Barkodla satış, endirim (faiz və ya məbləğ), qarışıq ödəniş, çek 58 / 80 mm və ya A4.
Qaytarma
Çekdən və ya çeksiz qaytarma — stok geri artır, pul kassadan çıxır, hamısı jurnalda.
Müştəri bonusu
Hər alışdan faizlə bonus, ad günü təbriki və endirim kuponu (WhatsApp).
İşçilər və hüquqlar
Admin, Operator, Kassir — hər kəs yalnız öz bölməsini görür. Qiyməti dəyişmək, qaiməni düzəltmək — icazə ilə.
Bir neçə mağaza
Pro tarifdə 5 mağazaya qədər: mallar arası yerdəyişmə, başqa mağazaya mal qəbulu.
Telefondan nəzarət
Pro tarifdə satış və mənfəət telefonda, hər gün e-poçtla hesabat.
Necə başlamaq olar
Qiymət
3 gün pulsuz sınaq — bütün imkanlar açıq. Sınaqdan sonra məlumatlar qalır.
Standart
- Aylıq ödəniş yoxdur
- Kassa, anbar, tərəzi, etiket
- Nisyə, aksiya, bonus
- 3 istifadəçi
Pro tövsiyə
- Standart + aylıq
- Server + 5 kompüter, 6 istifadəçi
- Telefondan nəzarət (kabinet)
- Hər gün saytda şifrəli nüsxə
Pro + Mobil
- Pro-da olan hər şey
- Telefondan satış — 3 telefon
- Bluetooth skaner, mobil printer
Suallar
Aptek üçün uyğundurmu?
Barkodla satış, mal qəbulu, qalıq, az qalan dərmanların siyahısı, qaytarma və hesabatlar var. Aptekə xas tələbləriniz varsa (məs. seriya, son istifadə tarixi), yazın — birlikdə baxaq.
Geyimdə ölçü və rəng necə olur?
Hər ölçü / rəng ayrıca mal (öz barkodu ilə) kimi yazılır — qalıq və satış hər biri üzrə ayrıca görünür.
Kassir səhv edərsə?
Səbətdən silmək, qaytarma, endirim — Admin kodu və ya kartı ilə qoruna bilər. Hər əməliyyat hərəkət jurnalında qalır.
Kompüter xarab olsa məlumat itər?
Xeyr. Hər gün avtomatik ehtiyat nüsxə çıxır; Pro tarifdə nüsxə şifrəli şəkildə saytımıza da yüklənir.
Pos