Nə yenidir?
PosBaku hər həftə yenilənir. Lisenziyası olan müştərilər yeniləməni pulsuz alır — proqram yeni versiyanı özü xəbər verir və şifrə ilə proqramın içindən yenilənir.
🎉İlin sonuna qədər: faizsiz kreditlə — ayda 100 AZN Hər proqram (Market, Geyim, Aptek, Telefon) — Standart paket 500 AZN ömürlük. Ətraflı →Noyabr 2026
Filiallar paneli, AI hesabat, alıcı bonusu saytda, PDF qaimə v3.77
🏬 Filiallar — sahibkar paneli PROHər filialın satışı, nağd, kart və mənfəəti ayrıca və cəm halında; filiallar satışa görə sıralanır, 7 günlük qrafik. Bir filiala və ya hamısına mal göndərmək, yerdəyişmə, qiyməti hamısında birdən dəyişmək.
🔐 Filialın təhlükəsiz qoşulması6 rəqəmli birdəfəlik dəvət kodu və QR (15 dəqiqə), iki ekranda eyni yoxlama rəqəmləri, təsdiqi siz verirsiniz. Hər kompüterin öz açarı — birini çıxarmaq digərlərinə təsir etmir.
🤖 AI hesabatSualı adi dillə yazın — hesabat hazırdır. Keçən dövrlə müqayisə, satış proqnozu, «nə vaxt qurtarır», problem tapıcı və nəticənin sözlə izahı. Məlumatınız kompüterdən çıxmır.
🎁 Alıcı bonusunu saytda görürParametrlər → Bonus → «Alıcı bonusunu saytda görsün». Alıcı posbaku.az/bonus-da nömrəsini və çekdəki 4 rəqəmli bonus kodunu yazır — bütün PosBaku mağazalarındakı bonusunu görür. Nömrə və ad sayta getmir.
🏠 Yeni əsas səhifəHava, Mərkəzi Bankın məzənnəsi və valyuta kalkulyatoru, kalkulyator, qeyd dəftəri, xatırlatmalar (son tarix, nisyə, firma borcu, açıq növbə), dünənlə müqayisə. Pəncərələr son qoyduğunuz yerdə açılır.
📄 Qaimə PDF-dən (Geyim)Firmanın PDF sifariş forması və ya qaiməsi — modellər, rənglər, ölçülər, saylar və qiymətlər bir kliklə mal qəbuluna. Çincə yazılar təmizlənir, üstündən xətt çəkilmiş mallar sayılmır.
👟 Geyim: yeni model kartıNöv şəkilli plitələrlə: geyim, kişi, qadın, cins, ayaqqabı (35–46), uşaq, tək ölçü. Rənglər rəng nöqtəsi ilə, modelin şəkli, alış + natsenka → satış qiyməti. «Yeni mal» düyməsi artıq bu kartı açır.
↩ Çekdən qaytarmaAyrıca qaytarma çeki çıxır, məhsul hesabatında «Qaytarılıb» sütunu. İstəsəniz kassir şifrəsiz qaytara bilər.
⚡ Mal qəbuluCədvəldə malın adını yazmağa başlayın — uyğun sətrə keçir (Ctrl+F). Firma endirimi bütün qaiməyə və ya yalnız seçilən mallara. Hədiyyə sütunu axırda.
💊 AptekAlış qiyməti və natsenka %; «30 gündə bitir» və «vaxtı keçib» kartlarına basanda mallar ayrıca siyahıda. Excel qaimədə təkrar sətirlər birləşir.
3 – 18 noyabr 2026
Satışlar telefonda, Excel qaiməsi, itməyən mal qəbulu, yeni Z hesabatı v2.61 – v3.25

📱 Satışlar telefonunuzdaMüştəri kabinetində bu gün, dünən, 7 və 30 gün: satış, mənfəət, nağd və kart, qaytarma, dünənlə müqayisə, saatlar üzrə qrafik və ən çox satılan mallar.
📥 Excel qaiməsi — bir klikləTopdan satıcının Excel qaiməsini (1C formatı da) seçin: mallar, say və alış qiyməti cədvələ düşür, firma, qaimə nömrəsi və tarix özü oxunur.
💾 Mal qəbulu itmir«Qeyd et» (Ctrl+S) və avtomatik yadda saxlama — işıq sönsə və ya proqram bağlansa, Mal qəbuluna girəndə qaimə olduğu kimi geri gəlir.
🏢 Firmalar daha aydınMal qəbulu, ödəniş, qaytarma və borc bir cədvəldə, tarix aralığı və axtarışla. «Firmanın malları» — son alış qiyməti ilə. Səhv ödənişi düzəltmək olur.
🧾 Yeni Z və X hesabatıBöyük dövriyyə rəqəmi, nağd / kart / nisyə ayrıca, kassadakı pul addım-addım. İdarə paneli və hesabatlar Z ilə eyni rəqəmi göstərir.
📦 Qutu və ədədMalda «Qutuda ədəd», qutu qiyməti və qutu barkodu. Qutu barkodu oxunanda 1 qutu səbətə düşür, qalıq ədədlə qalır.
📌 Mala bron PROMüştəri beh verir — mal onun üçün 1–14 gün saxlanılır; kassada vurulanda xəbərdarlıq çıxır, «Bronlar» siyahısı.
⌨ Klaviaturadan daha tezKassada malı vurun, * basıb sayı yazın — son malın sayı dəyişir. Bölməni Esc ilə bağlayın; proqram sakit, boş ekranla açılır.
🖥 Uzaqdan kömək — bir düyməAşağı solda «Qoşul»: yalnız sizin icazənizlə qoşulub kömək edirik, AnyDesk lazım deyil.
💬 PosBaku-ya proqramdan yazın«Təklif və iradlarınızı bizə yazın» — cavab və lazım olan fayllar (təlimat, Excel, PDF) elə proqrama gəlir.
🏪 Digər filialdakı qalıq PROMalın başqa filialda neçə ədəd qaldığı kassadan və Məhsullardan görünür.
📈 Hesabatlar yeni dizayndaDövriyyə, mənfəət (natsenka ilə), mallar, kateqoriyalar, firmalar və günlər — CƏMİ sətri, mənfidə olan mallar, Excel.
🎁 Hədiyyə kartları və satıcı bonusuKartlar barkodla satılır və ödənişdə istifadə olunur; satıcıya satışdan və ya seçilmiş mallardan faiz, kateqoriyaya endirim.
⚙ Parametrlər axtarışla, yeniləmə özüParametrlərdə qruplar və axtarış; yeni versiya yüklənəndən sonra proqram özü quraşdırılıb açılır. Pulsuz sınaq — 7 gün.
1 – 2 noyabr 2026
Müştəriniz geri qayıdır: gəlməyən müştərilər, demo mağaza, müştəri ekranı v2.60

🔔 Gəlməyən müştərilər7, 14, 30, 60, 90 gün və ya istədiyiniz müddətdə gəlməyənlər: son gəliş, neçə dəfə gəlib, nə qədər xərcləyib, ən çox nə alırdı. Sadiq / itmək üzrə / itirilmiş qrupları.
WhatsApp ilə endirim kuponu"Salam, Aynur xanım! Sizə 10% endirim kuponumuz var" — kod kassada yazılır. Neçə müştəri geri gəldi və nə qədər aldı — nəticə görünür.
🎁 "Bonusunuz yanır"Kartında bonusu olan müştərilərə xatırlatma mesajı. Siyahını Excel-ə çıxarmaq (SMS xidməti üçün).
⏰ Son istifadə tarixiSüd, kolbasa, çörək… Paneldə "keçib / yaxınlaşır" sayı, ayrıca siyahı; vaxtı keçmiş mal kassada vurulanda xəbərdarlıq.
🖥 Müştəri ekranıİkinci monitorda alıcı səbəti, cəmi və mağazanızın reklam şəkillərini görür; satışdan sonra "Təşəkkür edirik! Qalıq: …".
🎬 Demo mağazaSınaqda "Demo mağazaya bax": 160+ mal, 45 müştəri, 2 ayın satışları və hesabatları — öz bazanıza toxunmadan.
🧾 Vergi kassası — ƏDV-siz mallarHər malda "ƏDV 18%" işarəsi; çörək, siqaret, dərman kimi mallar 0% gedir. "ƏDV siyahısı" ilə bütöv kateqoriyanı bir dəfəyə dəyişmək.
Göndərilməyən çeklər paneliKassada "🧾 Göndərilməyən: N" — vergi kassasına getməyən çekləri istənilən vaxt tək-tək və ya hamısını birdən göndərmək. Omnitech və WizarPOS.
Hesabatlar daha aydınHər rəqəmin altında izahı; "Xərclənən bonus" və "Yazılan bonus" kartları, "Necə hesablanır" zolağı.
Kassada "📋 Mallar F1"Bütün mallar axtarışla, qiymət və qalıqla — Enter ilə səbətə, pəncərə açıq qalır.
Yeni mal — daha tezInsert ilə açılır, Esc ilə bağlanır; natsenka % yazın — satış qiyməti özü hesablanır; barkodu istənilən xanada skanerlə oxudun.
Qısa PLU kodlarıYeni çəki malına ən kiçik boş PLU verilir — tərəzidə yığmaq asandır. "PLU" başlığına vuranda çəki malları sırayla.
1C-dən müştəri borcları PRO"Kontragentlərlə qarşılıqlı hesablaşma" hesabatı Excel-dən birbaşa yüklənir; "İlkin borc" əllə yazılır.
Yeni açılış ekranıYeni loqo və yükləmə faizi; "Əlavə barkodlar" və "Tərəziyə yüklə" düymələrini Parametrlərdən gizlətmək.
30 oktyabr 2026
Yeni səbət, oflayn mobil kassa v2.59
Yeni səbət görünüşüBir sətirdə böyük məbləğ və SATIŞ düyməsi, səbətdə 3–4 mal artıq görünür; F6–F9 düymələri aşağı zolaqda. Mal əlavə etmək 4–5 dəfə tez.
Mobil kassa oflayn PROKompüterlə əlaqə kəsilsə də telefonda satış və mal qəbulu; əlaqə gələn kimi özü bazaya düşür, ikiqat yazılmır.
Mallar telefondaBütün mallar telefonun yaddaşında — əlaqəsiz də axtarış; "Bütün sənədləri mağazaya yüklə" düyməsi.
Kassada rahatlıqSatıcı siyahısı tam görünür, qaytarılacaq qalıq böyük yazılır, mal vuranda ekran "oynamır".
28 – 29 oktyabr 2026
PosBaku Mobil: bütün filiallar telefonda v2.58

Filial seçimi PROMüdir telefonda "🏪" ilə istənilən filiala keçir. Filiallar siyahısı kompüterdən link və ya QR kodla telefona köçür.
Alış — topdan bazarda PROMalı Bluetooth skanerlə və ya axtarışla yazın, "Qəbulu təsdiqlə" basın — qaimə o an seçilən filiala düşür, stok artır.
Qaytarma telefondan PROÇekin barkodunu oxudun və ya bu günün çeklərindən seçin, malı və sayı göstərin. Admin kodsuz, digərləri qaytarma kodu ilə.
Tükənən mallar PRO"Bitib" və "Az qalıb" siyahıları; "+ Alış" ilə mal birbaşa mal qəbuluna düşür. Ana səhifədə bitənlərin sayı.
Ana səhifəGirişdən sonra 4 bölmə: Satış, Alış, Qaytarma, Tükənən mallar — hər işçi öz PIN-i ilə.
Satıcıların yarışıKassirlərin yarışından ayrıca — kassada seçilən satıcıya görə sıralama, ayın qalibinə mükafat (⭐ Xüsusi PB).
27 – 28 oktyabr 2026
Çekdə Instagram və TikTok, marja / natsenka seçimi v2.56 – v2.57
Çekdə sosial şəbəkələrInstagram və TikTok səhifəniz çekin altında QR kodla — alıcı telefonla oxudub səhifənizə keçir.
Marja və natsenkaHansını görmək istədiyinizi seçin (standart — natsenka). Məhsullar siyahısında alışla satış arasında; alış satışdan bahadırsa sətir qırmızı.
Kassada axtarışAxtarışdan mal seçəndən sonra siyahı qalır — eyni axtarışdan başqa mal da seçmək olar. Satışdan sonra özü təmizlənir.
Ölçü vahidini dəyişməkKöhnə malın vahidi də dəyişir (məs. ədəd → kq) — təsdiqlə, jurnala yazılır.
Excel-dən kateqoriyalarMallar köçürüləndə kateqoriyalar da gəlir: sütun adları, vərəq adları, 1C qrup sətirləri tanınır.
Ən çox satılanlarİdarəetmə panelində 10, 30 və ya 50 mal — bu gün, 7 və 30 gün üzrə.
26 oktyabr 2026
Müştərilərin istəkləri: hədiyyə mal qəbulu, yeni panel v2.55
Hədiyyə malMal qəbulunda "Hədiyyə" sütunu: 11 ədəd gəlib, 1-i hədiyyədir — maya düzgün hesablanır.
Alış satışdan baha?Yeni malda alış qiyməti satışdan bahadırsa yadda saxlanmır — səhv qiymətin qarşısı alınır.
Skanerlə mal qəbuluKursor cədvəldə olsa da skanerlə oxudulan barkod axtarışa düşür — hər dəfə axtarışa basmaq lazım deyil.
Yeni idarəetmə paneliHər kassa ayrıca kartda (nağd, kart, çek sayı), cəmdə dünənə nisbət faizi; mənfəət, çek sayı, nisyə bir sırada.
Kassada rahatlıqSəbətdə çeşid sayı, kiçik xanalarda malın adı, "Məhsul tapılmadı" bildirişi Enter ilə bağlanır.
Admin stoku dərhalKassa satanda Admin ekranındakı qalıq özü yenilənir.
24 – 25 oktyabr 2026
Tez açılış, arxiv, malın firması v2.49 – v2.54
Tez və səliqəli açılışProqram girişdən sonra hazır ekranla açılır — pəncərə titrəmir, menyu göz qarşısında yığılmır.
Möhkəm şəbəkəKassa serveri özü tapır (ünvan dəyişsə də), "Şəbəkə yoxlaması" düyməsi problemi göstərir.
Arxiv və toplu əməliyyatlarLazımsız malları arxivə köçürmək, toplu kateqoriya və firmaya aid etmək; kateqoriya qovluqları görünüşü.
Çəki malının etiketində PLUBarkod etiketində və cenniklərdə PLU nömrəsi — tərəzidə mal tez tapılır.
20 – 21 oktyabr 2026
Yeni dizaynlar, Xüsusi PB, kassirlərin yarışı v2.42 – v2.48
3 yeni dizaynOkean, Lavanda, Səhra və Klassik — Parametrlər → Görünüş, açıq və tünd rejimdə.
⭐ Xüsusi PBKassa və Admin üçün yeni düzülüşlər (sensor ekran, böyük cəm, üst menyu), kassirlərin satış yarışı.
Kassa səsi və bildirişMal tapılmayanda böyük bildiriş və 5 növ səs; mal xanaları Kiçik / Orta / İri.
Problemi videoya çəkPB paneldən bir düymə ilə ekranı yazıb bizə göndərmək — problem tez həll olunur.
19 oktyabr 2026
Excel kimi mal qəbulu, kassaya mədaxil v2.41
Mal qəbulu Excel kimiYalnız bir xana işarələnir: oxlarla gəzirsiniz, Enter və ya yazmağa başlayanda dəyişir. Sətirlərin sırasını ▲ ▼ ilə dəyişmək.
Kassaya mədaxilMüdür və ya kassir kassaya pul qoyanda — məbləğ, kim qoydu, qeyd. "Kassada olmalı"-ya əlavə olunur, X / Z-də görünür (Ctrl+M).
Yeni rənglərSəbət üçün 3 yeni rəng; kassanın sağ tərəfi (tez seçim, mallar) üçün ayrıca rəng.
Dəqiq alış qiymətiFirmanın 2.654 ₼ kimi qiyməti kəsilmir — qaimənin cəmi və firmaya borc ekrandakı ilə eyni olur.
18 oktyabr 2026
Vergi kassası, proqramın içindən yeniləmə v2.37 – v2.40
Vergi kassası (NKA)Omnitech aparatı ilə inteqrasiya: satış və qaytarma çeki aparatdan çıxır, göndərilməyən çeklər özü təkrar göndərilir.
Proqramın içindən yeniləməYeni versiya çıxanda Admin yenilikləri oxuyur, şifrəni yazır — proqram özü yüklənir, bazanın nüsxəsini çıxarır və quraşdırılır.
Firmanın qaiməsi fayllaFirmanın Excel / CSV qaiməsi mal qəbuluna birbaşa yüklənir — mallar barkod və ada görə tanınır.
Tərəziyə sürətli yükləmə"Hamısını yüklə" və ya "Yalnız dəyişənlər" (ad, qiymət) — böyük mağazada da saniyələr içində.
A4 formasıA4 satış və qaimədə şrift ölçüsü, qalınlıq və rəng seçimi — barkod etiketi kimi önbaxışla.
Endirim limitləriKassir və operator üçün endirim faizini Admin özü təyin edir.
PB loqosuPosBaku xəbərləri və yeni məhsullar; "Uzaqdan kömək" — bir düymə ilə AnyDesk kodu bizə gedir.
14 – 16 oktyabr 2026
Topdan müştərilər, loqo çekdə v2.31 – v2.36
Topdan müştəriMal avtomatik müştərinin son aldığı qiymətlə və ya topdan qiymətlə vurulur.
Satışda qiyməti dəyişməkAdmin icazəsi ilə; hər dəyişiklik hərəkət jurnalına yazılır.
Obyektin loqosuÇek printerində və A4 qaimələrdə sizin loqonuz.
Barkod etiketinin formasıAd, qiymət, barkod ölçüsü və yeri — önbaxışla.
Natsenka hesabatıİdarəetmə panelində və hesabatlarda marja ilə yanaşı natsenka %.
1C-dən keçidTərəzi PLU kodları və barkodlar 1C və Clopos-dan dəyişmədən gəlir — tərəzini yenidən proqramlamaq lazım deyil.
11 – 12 oktyabr 2026
Mobil kassa, anbar + mağaza v2.28 – v2.30
Mobil kassa PROTelefondan satış — proqramla eyni baza, eyni mallar.
Anbar → MağazaMalın anbar və mağaza qalığı ayrıca; kassa yalnız mağazadakını satır.
Qiymət yoxlaBarkodu oxudun — ad, qiymət, aksiya və qalıq; səbətə düşmür.
Məhsul şəkilləriMal kartında şəkil, kassada kafeldə kiçik şəkil (istəyə görə).
Oktyabr 2026
Tamamilə yeni dizayn v2.22 – v2.27


KassaSəbət solda, bir neçə satış eyni vaxtda (tablar), Nağd / Kart / Nisyə düymələri, alt zolaqda bütün qısayollar.
İdarəetmə paneliHər kassanın bugünkü satışı ayrıca, 7 və 30 günlük qrafik, ən çox satılanlar (say / məbləğ), kompüterlərin vəziyyəti.
Mal qəbuluExcel kimi cədvəl, marja rəngli, "Natsenka %" — satış qiyməti alışa faiz əlavə edilməklə 5 qəpiyə yuvarlaqlaşdırılır.
ParametrlərBölmələr solda, ayarlar kartlarda, açar düymələr. Dükanın loqosu giriş ekranında.
Bütöv ekranGiriş ekranı və proqram bütöv ekranda açılır, Windows paneli görünmür.
SürətSatış tarixçəsi, müştərilər, firmalar, sənədlər minlərlə sətirdə dərhal açılır. Yeni mal və qiymət kassalara özü çatır.
Oktyabr 2026
Nisyə, seyf, kassa kodları v2.20
Nisyə satışMüştəriyə borca satış, borc limiti, borclular siyahısı, kassada borc ödənişi (F11), müştərinin hesab kartı.
SeyfZ bağlananda pul seyfə yazılır; xərc və firma ödənişi seyfdən; seyf hesabatı.
Admin kodlarıSəbətdən silmə, nisyə, qaytarma — Admin kodu və ya barkodlu Admin kartı ilə. Hamısı jurnala yazılır.
Sənədin düzəlişiTəsdiqlənmiş mal qəbulunu və anbar sənədini açıb düzəltmək — stok və borclar özü düzəlir.
Oktyabr 2026
Oflayn rejim v2.19
Kassa dayanmırAdmin kompüteri və ya şəbəkə dayansa da kassa satır, X / Z bağlayır. Əlaqə qayıdanda satışlar özü göndərilir.
Kompüterlər paneliAdmin hər kassanı görür: onlayn / oflayn, neçə satış göndəriləcək.
Oktyabr 2026
Telefondan nəzarət və mağazalar v2.12 – v2.18
Müştəri kabineti PROSatış, mənfəət, kassirlər, ən çox satılanlar — posbaku.az/kabinet-də telefondan. Hər gün e-poçtla hesabat.
Bir neçə mağaza PROBaşqa mağazaya mal qəbulu, mağazalar arası yerdəyişmə, internet üzərindən bağlantı.
Lisenziya xatırlatmasıMüddətin bitməsinə 3 gün qalanda proqram sahibkara xəbər verir.
Oktyabr 2026
Məlumatın qorunması v2.9 – v2.15
Şifrələnmiş bazaBaza AES-256 ilə şifrələnir — başqa kompüterə köçürülsə açılmır.
Saytda gündəlik nüsxə PROHər gün şifrəli nüsxə posbaku.az-a yüklənir — virus və ya disk xarab olsa da məlumat qalır.
Bərpa mərkəziBaza açılmasa proqram özü nüsxələri tapır və bir kliklə bərpa edir. Fləşka və ikinci diskə avtomatik nüsxə.
1C-dən keçidMalları 1C-dən Excel faylı ilə yükləmək — qalıqla birlikdə.
Sentyabr – oktyabr 2026
Kassa, tərəzi və WhatsApp v2.7 – v2.11
Ödəniş pəncərəsiQarışıq ödəniş (nağd + kart), qalığın hesablanması, F9 ilə qaytarma.
Tərəziyə birbaşa yükləməRongta RLS1100 və DIGI SM-100 — PLU-lar proqramdan bir kliklə tərəziyə.
WhatsApp PROÇeki alıcının WhatsApp-ına göndərmək, ad günü təbriki və endirim kuponu.
A4 çapQaimə, anbar sənədləri və satış A4 formatında, PDF kimi saxlamaq olur.
26 – 29 oktyabr 2026
Market-in yenilikləri Aptek-də də v1.0.21
PosBaku Mobil PROTelefonda filial seçimi, alış (Bluetooth skaner), qaytarma və tükənən mallar.
Mal qəbulu və kassaHədiyyə mal, alış satışdan baha xəbərdarlığı, skanerlə qəbul, çekdə Instagram / TikTok QR, marja / natsenka seçimi.
19 oktyabr 2026
PosBaku Aptek — ilk buraxılış v1.0
Seriya və son tarixHər partiya seriya və son istifadə tarixi ilə; satışda ən tez bitən partiya birinci çıxır. Vaxtı keçmiş dərman satılmır.
Qutu / blister / ədədDərmanı qutu, blister və ya ədədlə satmaq; ədədin qiyməti özü hesablanır, qalıq dəqiq qalır.
Təsiredici maddə və analoqlarINN ilə axtarış; dərman bitəndə eyni maddəli analoqlar ucuzdan bahaya göstərilir.
Reseptli dərmanSatışda resept nömrəsi və ya e-reseptin QR kodu soruşulur, çekə bağlanır.
DataMatrixQutudakı kvadrat kod oxunanda seriya və son tarix özü yazılır; eyni qutu iki dəfə satılmır; satılan qutuların jurnalı (Excel).
Son tarixlərVaxtı keçən, 30 / 90 / 180 gündə bitən partiyalar; silinmə aktı bir kliklə; girişdə xəbərdarlıq.
Dərman qəbuluFirma, borc, firma endirimi, natsenka, tarixçə, düzəliş — Market-in bütün imkanları + seriya və son tarix sütunları.
Vergi kassasıOmnitech inteqrasiyası; ədədlə satış aparata ədəd və ədədin qiyməti ilə gedir.
26 – 29 oktyabr 2026
Market-in yenilikləri Geyim-də də v1.0.19
PosBaku Mobil PROTelefonda filial seçimi, alış (Bluetooth skaner), qaytarma və tükənən mallar.
Mal qəbulu və kassaHədiyyə mal, alış satışdan baha xəbərdarlığı, skanerlə qəbul, çekdə Instagram / TikTok QR, marja / natsenka seçimi.
14 oktyabr 2026
PosBaku Geyim — ilk buraxılış v1.0
Model × rəng × ölçüModel bir dəfə yazılır, rəng və ölçülər cədvəldə; hər variantın öz barkodu və qalığı.
Kassada ölçü seçimiModel kafelinə basanda rəng və ölçü pəncərəsi — qalığı ilə.
DəyişdirməKöhnə malı geri al, yenisini ver, fərqi hesabla — bir çekdə (Ctrl+D).
Mövsüm endirimiKateqoriya, mövsüm, brend və ya model üzrə %, tarixlə; etiketdə köhnə qiymət.
Ölçü hesabatıHansı ölçü satılır, hansı qurtarıb, hansı model yatıb qalıb.
Matrislə mal qəbuluRəng × ölçü cədvəlində say yazmaq — bir qaimə, etiket çapı.