QR menyu — sifariş masadan birbaşa mətbəxə
Müştəri masadakı QR kodu skan edir, menyunu şəkillərlə görür, sifariş verir. Sifariş kassaya səslə gəlir, qəbul edəndə mətbəx ekranına çıxır, hesab kassada hazır olur.

Adi QR menyudan fərqi
Çoxu sadəcə PDF və ya şəkil göstərir. PosBaku QR menyu kassanızla birlikdə işləyir.
Sifariş mətbəxə gedir
Masadan gələn sifariş "Qəbul et" ilə mətbəx ekranına və ya bölmə printerinə (Mətbəx, Bar) çıxır. Kağız, səhv yazılmış sifariş yoxdur.
Hesab hazırdır
Masanın bütün sifarişləri bir düymə ilə səbətə düşür — nağd və ya kart, çek printeri.
Ofisiant və hesab düyməsi
"Ofisiantı çağır", "Hesabı gətirin" — kassada "Masa 5 hesab istəyir" səslə görünür.
Bitən mal özü gizlənir
Stop-list bir toxunuşla — menyuda "bitib" yazılır, müştəri onu sifariş edə bilmir.
3 dil
Azərbaycan, rus, ingilis. Müştəri dili özü seçir, turist də rahat sifariş verir.
Hazır masa kartları
Obyektin adı, QR kod, masa nömrəsi və Wi-Fi şifrəsi ilə — A4-də çap edib masaya qoyursunuz.
Şəkil telefonla
Yeməyi çəkin — şəkil özü kiçildilir, menyu zəif internetdə də tez açılır.
Rəy və statistika
Müştəri ulduzla rəy yazır, siz günlər üzrə baxışları və sifarişləri görürsünüz. Google Maps rəy linki.
Wi-Fi şifrəsi menyuda
Ofisiantdan şifrə soruşmağa ehtiyac yoxdur — "Kopyala" düyməsi ilə.
Necə başlamaq olar
Qiymət
Pulsuz başlayın. İlk 3 gün bütün imkanlar açıqdır.
Suallar
Müştəri tətbiq yükləməlidir?
Xeyr. Telefonun kamerası ilə masadakı QR kodu skan edir — menyu brauzerdə açılır.
Sifariş hara gəlir?
PosBaku Online-da "Sifariş" bölməsinə səslə gəlir (telefon, planşet və ya kompüter brauzeri). Qəbul edəndə mətbəx ekranına və ya mətbəx printerinə gedir, hesab kassada hazır olur.
Saxta sifariş göndərsələr?
Hər sifarişi əvvəl kassir görür və "Qəbul et" basır — rədd etmək olar. Bir telefondan çox sifariş göndərilə bilmir.
Qiymətləri dəyişəndə kartları yenidən çap etməliyəm?
Xeyr. QR kod dəyişmir — menyu həmişə kassadakı son qiymətlərlə açılır.
Qiyməti nə qədərdir?
Pulsuz menyu — 30 mal, sifarişsiz. Tam versiya 5 ₼/ay. PosBaku Online kassası olanlara QR menyu pulsuz daxildir.
Pos