🛒 Ərzaq marketi · minimarket · supermarket

Market proqramı — kassa və anbar bir yerdə

Barkodu oxudun — mal səbətdə. Mal qəbulu qaimə ilə, qalıq özü hesablanır, tərəzi malları PLU ilə, nisyə dəftəri proqramın içində. Gün sonu nə satıldığını, nə qədər qazandığınızı görürsünüz.

Windows 10 / 11 · internetsiz işləyir · quraşdırma və avadanlıq bizdən

Market proqramı — kassa ekranı: səbət, barkod, tez seçim, satış düyməsi

Marketdə lazım olan hər şey

Gündə yüzlərlə çek vurulan marketlər üçün qurulub.

⚡

Sürətli kassa

Barkod skaneri, tez seçim düymələri, bir neçə satış eyni anda (gözlət), nağd / kart / qarışıq ödəniş.

📥

Mal qəbulu

Qaimə Excel kimi cədvəldə, maya orta çəkili hesablanır, satış qiyməti natsenka faizi ilə özü çıxır.

⚖

Tərəzi

Çəki malları PLU ilə, tərəziyə birbaşa yükləmə, kassada çəki barkodu özü oxunur.

📒

Nisyə dəftəri

Müştərinin borcu, ödənişləri, borc limiti — kağız dəftər lazım deyil.

📦

Anbar

Qalıq, az qalan mallar, inventarizasiya, silinmə aktı, firmaya qaytarma. İstəsəniz ayrıca Anbar + Mağaza qalığı.

📊

Hesabatlar

Gündəlik satış, mənfəət, ən çox satılan mallar, kassirlər üzrə — Excel-ə ixrac.

Necə başlamaq olar

YükləyinWhatsApp-a yazın — yükləmə linki və quraşdırma şifrəsi göndəririk.
Malları köçürünExcel-dən (1C, başqa proqram) bir dəfəyə yükləyin.
Satın3 gün pulsuz, bütün imkanlar açıq.
LisenziyaBəyənsəniz — açarı daxil edin, məlumatlar yerində qalır.

Qiymət

3 gün pulsuz sınaq — bütün imkanlar açıq. Sınaqdan sonra məlumatlar qalır.

Standart

500 ₼ daimi
  • Aylıq ödəniş yoxdur
  • Kassa, anbar, tərəzi, etiket
  • Nisyə, aksiya, bonus
  • 3 istifadəçi
Lisenziya al

Pro tövsiyə

+20 ₼ / ay
  • Standart + aylıq
  • Server + 5 kompüter, 6 istifadəçi
  • Telefondan nəzarət (kabinet)
  • Hər gün saytda şifrəli nüsxə
Pro-ya keç

Pro + Mobil

+30 ₼ / ay
  • Pro-da olan hər şey
  • Telefondan satış — 3 telefon
  • Bluetooth skaner, mobil printer
Pro + Mobil

Suallar

Proqram internetsiz işləyir?

Bəli. PosBaku kompüterdə işləyir, internet yalnız Pro tarifdə telefondan nəzarət və saytda nüsxə üçün lazımdır.

Köhnə proqramdan malları köçürmək olar?

Bəli. Excel faylından (1C və başqa proqramlardan) mallar, barkodlar, qiymətlər və qalıqlar bir dəfəyə yüklənir.

Neçə kassa ilə işləmək olar?

Standart — bir kompüter. Pro — server və 5 kompüterə qədər, şəbəkə kəsilsə də kassa satışa davam edir.

Avadanlıq da verirsiniz?

Bəli — POS kompüter, çek printeri, barkod skaner, tərəzi, pul qutusu. Quraşdırırıq və öyrədirik.

Digər həllər