Barkod və tərəzi proqramı
Tərəzi çəkir, etiket çıxarır — kassada barkodu oxudanda çəki və məbləğ özü hesablanır. Mallar tərəziyə proqramdan birbaşa yüklənir, qiymət dəyişəndə əllə yazmağa ehtiyac yoxdur.
Windows 10 / 11 · internetsiz işləyir · quraşdırma və avadanlıq bizdən

Barkod və çəki ilə satış
Əllə yazılan qiymət səhvləri və itkilər olmur.
Barkod
EAN-13 yoxlaması, öz barkodunuzu yaratmaq, bir kliklə axtarış. Skaner istənilən markadan.
PLU və çəki barkodu
Hər çəki malının PLU kodu. Tərəzinin etiketi (22 + PLU + çəki) kassada oxunur — miqdar özü çıxır.
Tərəziyə yükləmə
Mallar və qiymətlər tərəziyə proqramdan göndərilir (Rongta, DIGI və s.).
Etiket çapı
Rəf etiketi və barkod etiketi — mal qəbulundan, qiymət dəyişəndə avtomatik təklif.
Qiymət yoxla (F3)
Kassada barkodu oxudun — malın qiyməti, aksiyası, qalığı. Səbətə düşmür.
Hesabat
Çəki malları kq ilə, mənfəət maya dəyəri ilə — hansı mal nə qədər satılıb.
Necə işləyir
Qiymət
3 gün pulsuz sınaq — bütün imkanlar açıq. Sınaqdan sonra məlumatlar qalır.
Standart
- Aylıq ödəniş yoxdur
- Kassa, anbar, tərəzi, etiket
- Nisyə, aksiya, bonus
- 3 istifadəçi
Pro tövsiyə
- Standart + aylıq
- Server + 5 kompüter, 6 istifadəçi
- Telefondan nəzarət (kabinet)
- Hər gün saytda şifrəli nüsxə
Pro + Mobil
- Pro-da olan hər şey
- Telefondan satış — 3 telefon
- Bluetooth skaner, mobil printer
Suallar
Hansı tərəzilər dəstəklənir?
Barkod etiket çıxaran tərəzilər (22 + PLU + çəki formatı). Rongta və DIGI tərəzilərinə birbaşa yükləmə var — başqa marka üçün yazın, yoxlayaq.
Tərəzinin etiketi kassada oxunmur, nə edim?
Tərəzinin barkod formatı 22 + PLU (5 rəqəm) + çəki qramla olmalıdır. Malların tərəziyə PosBaku-dan yükləndiyini yoxlayın.
Barkodu olmayan mallar üçün nə etmək olar?
Proqram öz daxili barkodunu yaradır və etiketini çap edir.
Etiket printeri lazımdır?
Rəf etiketi adi A4 printerdə də çap olunur; barkod etiketi üçün etiket printeri tövsiyə edirik — avadanlıq bizdə var.
Pos