PosBaku Mobil — mağazanız telefonunuzda
Kompüterdəki PosBaku proqramına qoşulur: harada olsanız, mağazanı görürsünüz.
- 📊 Satış, mənfəət, kassalar — canlı (Pro)
- 📦 Telefonla mal qəbulu (internetsiz də) (Premium)
- 🧮 Mağazada sayım (inventarizasiya) (Premium)
- 🛒 Telefondan satış (Premium)
Quraşdırma — 4 addım
Faylı yükləyin
Yuxarıdakı ⬇ Android üçün yüklə düyməsini basın.
Chrome «Bu fayl zərərli ola bilər» yazarsa — Yenə də yüklə basın. (rusca: «Всё равно скачать», ingiliscə: «Download anyway»)
Faylı açın və icazə verin
Yükləmə bitəndə aşağıdakı Aç düyməsini basın (və ya Fayllar → Yükləmələr → PosBaku_Mobil.apk).
Telefon «Bu mənbədən tətbiq quraşdırmağa icazə verilmir» desə: Ayarlar → Bu mənbədən icazə ver açın → geri qayıdın. («Разрешить установку из этого источника» / «Allow from this source»)
Quraşdırın
Quraşdır basın. Play Protect «Naməlum tətbiq» pəncərəsi çıxsa: Ətraflı → Yenə də quraşdır. («Подробнее» → «Всё равно установить» / «More details» → «Install anyway»)
«Tətbiqi yoxlamağa göndərilsin?» soruşsa — Göndərmə və ya Göndər, hər ikisi olar.
Proqrama qoşun
Kompüterdə: PosBaku → Parametrlər → PosBaku Mobil → Telefon qoş — ekranda QR çıxır.
Telefonda: PosBaku Mobil → QR ilə qoşul → QR-ı oxudun. Hazırdır! Telefon seçdiyiniz işçinin hüquqları ilə işləyir.
Telefon markasına görə
Samsung
İcazə soruşanda: Ayarlar → Tətbiqlər → Chrome → Naməlum tətbiqləri quraşdırmaq → İcazə ver. «Auto Blocker» (Avtomatik bloklayıcı) açıqdırsa, quraşdırmanı bloklaya bilər: Ayarlar → Təhlükəsizlik və məxfilik → Auto Blocker — müvəqqəti söndürün, quraşdırandan sonra yenidən açın.
Xiaomi / Redmi / POCO
«Bu mənbədən icazə ver» açın. Xiaomi əlavə «təhlükəsizlik yoxlaması» göstərə bilər — Davam et / Yenə də quraşdır basın (bəzən 5–10 saniyə gözlətdirir). Mi hesabına girməyi istəsə, girin və ya «Ötür» seçin.
Huawei / Honor
Ayarlar → Təhlükəsizlik → Əlavə ayarlar → Xarici mənbələrdən tətbiqlər → icazə verin. «Təhlükəsiz rejim» (Pure mode) quraşdırmanı bloklayırsa — «Yenə də quraşdır» seçin.
Digər Android (Oppo, Realme, Vivo, Tecno …)
Quraşdırma pəncərəsində icazə soruşsa, «Ayarlar»a keçib Chrome (və ya Fayl meneceri) üçün «Naməlum mənbələr»ə icazə verin, sonra faylı yenidən açın.
Problem olsa
«Tətbiq quraşdırılmadı»
Telefonda köhnə PosBaku Mobil varsa, onu silin və yenidən quraşdırın (məlumatlarınız kompüterdə qalır, itmir). Yenə alınmasa — köhnə telefon üçün (32-bit) faylı sınayın.
«Paketi təhlil edərkən xəta» / fayl açılmır
Fayl tam yüklənməyib. İnterneti yoxlayıb yenidən yükləyin.
QR oxunmur və ya «Qoşulmaq olmadı»
Kompüterdə PosBaku açıq və internetə qoşulu olmalıdır, Parametrlər → PosBaku Mobil-də «PosBaku Mobil açıq» yanmalıdır. QR 10 dəqiqə etibarlıdır — vaxtı keçibsə, «Telefon qoş» ilə yenisini çıxarın.
Yeni versiya necə yüklənir?
Bu səhifədən yenidən yükləyib üstündən quraşdırın — silmək lazım deyil, ayarlar qalır. Play Market-ə çıxandan sonra tətbiqi oradan yükləmək kifayət edəcək (bir dəfə bu versiyanı silib Play Market-dən quraşdırmaq lazım ola bilər).