Dönərxana üçün kassa proqramı — telefonunuzda
Kompüter, kassa aparatı, quraşdırma lazım deyil. Menyunu 2 dəqiqəyə yazın, telefondan satın, gün sonu hesabatını hər yerdən görün.
070 554 33 13Şifrə20262026PIN0000
Dönərxanada lazım olan hər şey
Növbədə 200 dönər satılanda da sürətli işləyir.
1 toxunuşla satış
⭐ tez seçim düymələri, kateqoriyalar, nağd / kart, müştəriyə qalıq hesabı.
Menyu 2 dəqiqəyə
"Dönər lavaş 4.50" — hər sətirdə ad və qiymət. Sıranı barmaqla sürüşdürüb düzəldin.
İnternetsiz də satır
İnternet kəsilsə satış dayanmır — satışlar telefonda saxlanılır, sonra özü göndərilir.
Bluetooth çek
Mobil çek printeri telefona birbaşa qoşulur, 58 və ya 80 mm. Ayarlarda bir dəfə seçilir.
İşçilər PIN ilə
Kassir yalnız satır və öz satışını görür. Sahib mənfəəti, ən çox satılanı, saatlara görə satışı görür.
Gün sonu (Z)
Günü bir düymə ilə bağlayın — nağd, kart, çek sayı. Məlumatlar hər həftə e-poçtunuza Excel faylı ilə gəlir.
Necə başlamaq olar
Qiymət
İlk 3 gün pulsuz, kart məlumatı istəmirik. Birdəfəlik ödəniş nə qədər çox olsa, aylıq o qədər az.
Suallar
Kompüter lazımdır?
Xeyr. PosBaku Online telefonda və ya planşetdə brauzerdə işləyir. İstəsəniz ana ekrana tətbiq kimi əlavə edirsiniz.
İnternet kəsilsə satış dayanır?
Xeyr. Satışlar telefonda saxlanılır, internet gələndə özü serverə göndərilir.
Çek çap etmək olar?
Bəli. Bluetooth mobil çek printeri (58 və ya 80 mm) birbaşa telefona qoşulur. Android-də RawBT tətbiqi ilə də işləyir.
Neçə məhsul yazmaq olar?
100 məhsula qədər — dönərxana, şaurma, kafe menyusu üçün kifayətdir. Siyahı ilə bir dəfəyə yazılır.
Qiyməti nə qədərdir?
3 gün pulsuz. Sonra: 100 ₼ birdəfəlik + 20 ₼/ay, 200 ₼ + 15 ₼/ay və ya 300 ₼ + 10 ₼/ay.
İşçilər mənim hesabatımı görür?
Xeyr. Hər işçinin öz PIN-i var: kassir yalnız satır və öz satışını görür, sahib hər şeyi görür.
Pos