Restoran, kafe və fast-food üçün bir proqram
Zallar və stollar, ofisiantın öz PIN kodu, mətbəxə və bara sifariş çeki, hesabı bölmək və köçürmək. Arxada isə kalkulyasiya: hər yeməyin mayası, food cost və anbar.
Sınaqda bütün imkanlar açıqdır · quraşdırma və öyrətmə bizdən · Windows 10 / 11 · internetsiz işləyir

Restoranda lazım olan hər şey
Front office zal üçün, idarə hissəsi sahibkar və menecer üçün.
Zallar və stollar
Əsas zal, teras, VIP, kabinetlər — hər zalın öz stolları və yer sayı. Hər işçi Front office-ə öz 4 rəqəmli PIN kodu ilə girir, gedəndə ekranı kilidləyir.
Sifariş
Qonaq sayı, yeməyə qeyd, sil / ləğv. "Mətbəxə göndər" — sifariş hazırlanma yerlərinə (mətbəx, bar…) ayrıca çek kimi çıxır.
Hesab və ödəniş
Hesab çapı, endirim, stolu köçürmək, hesabı bölmək. Nağd, kart və ya qarışıq ödəniş, qalıq özü hesablanır.
Kalkulyasiya
Resept: brutto, netto, itki, kq / q, l / ml. Mayası, food cost, qazanc və tövsiyə qiymət dərhal görünür. Texnoloji kart A4 çapı.
Məhsullar və anbar
Menyu yeməyi, hazır mal, xammal, yarımfabrikat. Mal qəbulu, inventarizasiya, stok: anbarın dəyəri, azalan və bitən mallar.
Hesabatlar
Kassa hesabatı — Front office-də bağlanan Z-lər, açıq növbə (X): nağd, kart, xidmət haqqı, ləğv, kassa fərqi. Satış və stok hərəkəti, Excel.
Proqram belə görünür
Tünd, isti rənglər — axşam zalda göz yormur. Real ekranlar, PosBaku Restoran 1.5.
Zalın qaydalarını siz qoyursunuz
Hər restoranın öz iş qaydası var — proqram ona uyğunlaşır.
- Ofisiant yalnız öz stollarını açsın
- Ofisiant hesabı özü bağlaya bilsin (ödəniş qəbul etsin) — və ya yalnız kassir
- Sifariş göndəriləndə mətbəxə, bara ayrıca çek çıxsın
- Xidmət haqqı (%) — hesabata ayrıca düşür
- Rollar və şifrələr, hərəkət jurnalı: kim, nə vaxt, nəyi ləğv etdi

Necə işləyir
Gündəlik iş dörd addımdır.
Tariflər
Əvvəl 3 gün pulsuz yoxlayın, sonra uyğun tarifi seçin.
Sınaq
- Bütün imkanlar açıq
- Öz menyunuzla real işləyin
- Sınaqdan sonra məlumatlar qalır
Standart daimi
- Front office: zallar, stollar, PIN
- Sifariş, mətbəx / bar çeki, hesab
- Kalkulyasiya, food cost, texnoloji kart
- Anbar, inventarizasiya, hesabatlar
- Quraşdırma və öyrətmə
Pro
- Standart-dakı hər şey
- Böyük ilkin ödəniş yoxdur — aylıq
- Pro imkanları üçün bizə yazın
Suallar
Hansı avadanlıq lazımdır?
Windows 10 / 11 kompüter və ya sensor ekranlı POS monoblok, 80 mm çek printeri. Mətbəx və bar üçün ayrıca printer, istəyə görə pul qutusu. Avadanlığı da bizdən ala bilərsiniz — quraşdırırıq.
İnternet olmasa işləyəcək?
Bəli. Proqram kompüterdə işləyir, internet tələb etmir.
Marketim də var — hər ikisi lazımdır?
PosBaku Market və PosBaku Restoran ayrı proqramlardır, hər birinin öz bazası var. Market üçün buraya baxın.
Menyunu Excel-dən yükləmək olar?
Bizə yazın — mövcud menyunuzu və ərzaq siyahınızı köçürməyə kömək edirik.
Pos