PosBaku Mobil — Məxfilik siyasəti

Son yenilənmə: 10 noyabr 2026 · PosBaku Soft, Bakı · posbaku.az · 070 554 33 13

Tətbiq nə edir

PosBaku Mobil mağazanın kompüterində işləyən PosBaku proqramının köməkçisidir: satışa nəzarət, telefonla mal qəbulu və mal sayımı (inventarizasiya). Əsas məlumat bazası mağazanın öz kompüterində qalır.

Hansı məlumatlar işlənir

Tətbiq yalnız mağazanın iş məlumatlarını göstərir və göndərir: mal adları, barkodlar, qiymətlər, qalıqlar, satış cəmləri, mal qəbulu və sayım sənədləri. Tətbiq sizin şəxsi kontaktlarınızı, yerinizi (GPS), fotolarınızı, mesajlarınızı toplamır.

Kamera yalnız barkod və QR kodu oxumaq üçün işlədilir. Şəkil saxlanmır və heç yerə göndərilmir.

Məlumat necə ötürülür

Telefonla mağazanın kompüteri arasında məlumat posbaku.az serveri üzərindən şifrəli ötürülür. Şifrə açarı kompüterdə yaranır və telefona yalnız QR kodla keçir. Server məlumatı saxlayıb ötürür, amma məzmununu oxuya bilmir. Server yalnız texniki göstəriciləri saxlayır: telefonun adı (məs. «Samsung A15») və son qoşulma vaxtı.

Saxlama və silmə

Telefonda mal siyahısının surəti və göndərilməmiş sənədlər saxlanır ki, internet olmayanda da işləyə biləsiniz. Telefon mağazadan ayrılanda (tətbiqdə «Çıxış» və ya proqramda «Ayır») serverdəki poçt qutusu bağlanır. Tətbiqi silsəniz, telefondakı məlumat da silinir.

Üçüncü tərəflər

Məlumat satılmır, reklam üçün istifadə edilmir və üçüncü tərəflərə verilmir. Bildirişlər üçün Google Firebase Cloud Messaging istifadə oluna bilər; bildirişin mətnində yalnız qısa xəbər olur (məs. «Mal bitib: 3 mal»).

Uşaqlar

Tətbiq biznes üçündür və uşaqlara yönəlməyib.

Əlaqə

Suallar üçün: 070 554 33 13 (WhatsApp), posbaku.az.